"Formula-1"də daha 9 nəfərdə koronavirus aşkarlanıb

30 Oktyabr 2020 22:20

"Formula-1" iştirakçıları və işçiləri növbəti dəfə yeni növ koronavirus (COVİD-19) testindən keçiriliblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, testlərin nəticələrinə əsasən daha 9 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxan şəxlərin adları və vəzifələri barədə məlumat verilmir.

Bildirilir ki, koronavirus testləri oktyabrın 23-dən 29-dək keçirilib. Testlərdən 4 281 nəfər keçib.

Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi oktyabrın 31-dən noyabrın 1-dək İtlaiyanın İmola şəhərində keçiriləcək.

Milli.Az