İzmirdə baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi - Ceyhun Bayramov

30 Oktyabr 2020 18:05

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İzmirdə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib.

Milli.Az bildirir ki, bu barədə XİN başçısı rəsmi "Twitter" səhifəsində yazıb.

O bildirib: "Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi. Bu çətin gündə Can Qardaşımızın yanında olduğunuzu bildiririk. Keçmiş olsun, dualarımız sizinlə".

Milli.Az