İndi şəhərdə həyəcanlı ab-hava hökm sürür - İzmirdə yaşayan azərbaycanlı

30 Oktyabr 2020 18:03

İzmirdəki zəlzələ çox güclü hiss olundu, insanlar evlərini tərk etdi.

Milli.Az bildirir ki, bunu Trend-ə İzmirdə yaşayan azərbaycanlı Viktoriya Piriyeva deyib.

O bildirib ki, şəhərin mərkəzi hissələrində dağıntılar var:

"İndi şəhərdə həyəcanlı ab-hava hökm sürür. İzmirdəki azərbaycanlılar mərkəzdən bir qədər aralıda yaşayır, amma yenə də zəlzələni çox güclü hiss etdilər".

O əlavə edib ki, sakinlər arasında ikinci zəlzələnin ola biləcəyi barədə söz-söhbət gəzir. Məktəblərdə olan uşaqlar evə buraxılıb.

Milli.Az