Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2 "Smerç" bu gün məhv edilib - VİDEO

30 Oktyabr 2020 17:19

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd "Smerç" yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Milli.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd "Smerç" yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Milli.Az