İzmirdəki zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki məlumat yoxdur - XİN

30 Oktyabr 2020 16:57

İzmir şəhərində baş verən zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki məlumat daxil olmayıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyi İzmir valiliyi və Türkiyənin Fövqəladə Hallar Nazirliyi ilə əlaqə yaradır:

"Bu xüsusda hər hansı əlavə məlumat olduğu zaman ictimaiyyətə məlumat veriləcək".

Milli.Az