Donald Trump-ın veb-saytına hücum edildi

1 Noyabr 2020 20:15

Donald Trump-ın veb-saytına hücum edildi

ABŞ Prezidenti Donald Trump-ın seçkilərlə əlaqədar yaradılan veb-saytına kiber hücum edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, hakerlər saytın "haqqında" bölümünü dəyişərək, buraya daxil olanlardan Monero adlı kriptovalyuta istəyiblər. Əks halda D.Trump-la bağlı məxfi məlumatların açıqlanacağı söylənib.

Ağ Ev rəsmiləri sözügedən kiber hücumun kim tərəfindən təşkil olunması ilə bağlı araşdırmaların başladığını bildiriblər. Araşdırmalardan sonra Donald Trump-ın veb-saytı hər zamankı hala gətirilib.

Milli.Az