İzmirdə zəlzələdə ölənlərin sayı 24-ə çatıb - YENİLƏNİB - VİDEO - FOTO

31 Oktyabr 2020 05:18

31.10.2020

05:18

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə, yaralananların sayı isə 804 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində yaranan dağıntılar səbəbindən araşdırmalara başlanılıb.

Bununla bağlı Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül açıqlama verib.

Bundan başqa, AFAD-dan bildirilib ki, dağıntılar meydana gələn 8 binada axtarış-xilasetmə işləri yekunlaşıb, 9 binanın dağıntıları altından insanların çıxarılması işi davam edir.

---------

03:36

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 21-ə, yaralıların sayı isə 799-a çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yaralananlardan 364 nəfərin tibbi yardım gösətilib və onlar evə buraxılıblar, digərlərinin müalicəsi davam edir.

---------

01:59

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20-yə, yaralıların sayı isə 786-ya çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

---------

00:35

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 17-yə, yaralıların sayı isə 709-a çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

------------------

30.10.2020

23:34

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb, ölənlərin sayı isə 12 nəfər olaraq qalır.

----------

20:57

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, İzmirdə ölənlərin sayı 12-yə, yaralananların sayı 419-a çatdı.

Bildirilir ki, dağılmış və zərər görmüş 17 binada axtarış-xilasetmə işləri davam etdirilir.

-----------

20:45

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində yaralananların sayı 321 nəfərə çatıb, ölənlərin sayı isə 6 nəfər olaraq qalır.

Bildirilri ki, dağılmış və zərər görmüş 12 binada axtarış-xilasetmə işləri davam etdirilir.

----------

19:09

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

-------

17:59

Türkiyənin Təcili Yardım Xidməti zəlzələ nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb, 120 yaralının olduğu bildirilir.

Milli.Az xəbər verir ki, axtarış-xilasetmə tədbirlərinə helikopterlər də cəlb edilib

---------

16:48

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20-dən çox bina dağılıb.

Milli.Az xəbər verir ki, həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

----------

16:33

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb

Milli.Az xəbər verir ki, dağılan binalar şəhərdə toz dumana səbəb olub.

-----------

16:26

Türkiyədə baş verən güclü zəlzələnin təkanlarının İstanbul və İzmir şəhərlərində hiss edildiyi bildirilib.

Milli.Az-ın məlumatına görə, zəlzələnin episentrinin İzmir vilayətinin Səfərihisar ilçəsində qeydə alındığı bildirilib.

İlkin məlumata əsasən, dağıntılar olsa da, ölən və yaralananlar haqda məlumat verilmir.

Milli.Az