WhatsApp-ın Android beta versiyası yenilənib.
Milli.Az ted.az-a istinadən bildirir ki, sosial şəbəkənin budəfəki versiyasında tətbiq olunan yeniliklər iOS cihazlarında da istifadəyə verilib.
Android-in 2.20.205.4-ə yüksəldilməsi ilə WhatsApp-da yeni smayllar da istifadəyə verilib. Bu smayllar, həm də WhatsApp Business istifadəçiləri üçün açıqdır. Yeni smayl paketləri "Pets" və "Tonton Friends" adlandırılır.
Milli.Az