ÇL-də turun ən yaxşı futbolçusu

30 Oktyabr 2020 18:42

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı oyunçusunu açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, "Mançester Yunayted"in hücumçusu Markus Reşforddur. O, azarkeşlər arasında keçirilən səsvermədə digər namizədlər Joau Feliş ("Atletiko"), Duvan Sapata ("Atalanta") və Moyze Kini (PSJ) qabaqlayıb.

Qeyd edək ki, ingiltərəli futbolçu "Leypsiq"lə görüşdə (5:0) het-trik edib.

Milli.Az