Ermənistanın müharibə cinayətlərinin qiymətləndirilməsi üçün hərbi tribunal yaradılmalıdır - Hikmət Hacıyev

30 Oktyabr 2020 14:43

Azərbaycan dövləti hüquqi müstəvidə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətlərə görə hüquqi təqib addımlarını davam etdirəcək. Bu cinayətlər beynəlxalq platformalarda zəruri qiymətini almalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bütün bunların qiymətləndirilməsi üçün hərbi tribunalın yaradılmasına ehtiyac var.

H.Hacıyev qeyd edib ki, bunlar qisa deyil, ədalətin bərpasıdır.

PA rəsmisi əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı təcüvüzü nəticəsində çoxsaylı cinayətlər törədilib. Bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilib. Bu gün hərbi əməliyyatlıarın gedişi onu göstərir ki, Ermənistan Azərbaycana təcavüz həyata keçirir, mülki əhalinin öldürülməsi Ermənistanın məsuliyyətini təsbit edilir:

"Bu günə qədər Ermənistan danışıqlar prosesində danışıqlar prosesinin formatını dəyişməyə çalışıb. Ermənistan bu gün təcavüz həyata keçirən tərəf olaraq, birbaşa bütün cinayətlərə görə məsuliyyət daşıyır".

H.Hacıyev qeyd edib ki, işğal edilmiş ərazilərdə mədəni abidılərin məhv edilməsi, mədəni irsin qəsdən məhv üedilməsi də hərbi cinayətlərdir:

"İşğal edilmiş ərazilərimizdə bu günə qədər qanunsuz məskunlaşdırma siyatəi həyata keçirilir, amma buna zəruri adekvat reaksiya verilmıyib.işğal edilmiş ərazilərin qazanc məqsədilə istifadəsi də hərbi cinayətləırdir. Işğal edilmiçş ərazilərdə qeyri-qanun iqtisadi əlaqələr də qurulub. Mineral yataqlar qanunsuz şəkildə istismar edilib və ölkədən kənara çıxarılıb. Bu qanunsuz iqtisadi əlaqələr nətiəsində hasil olunan maddi resurslar Ermənistanın bank hesablarına keçirilib".

Milli.Az