Repetitor fəaliyyəti davam edəcəkmi?

30 Oktyabr 2020 14:29

Dekabrın 1-dək respublika ərazisində bütün təhsil müəssisələri distant fəaliyyət göstərəcək. Lakin bu dövr ərzində repetitor fəaliyyəti davam edə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, repetitor fəaliyyəti nazirliyin strukturuna daxil deyil. Ona görə də nazirlik onların fəaliyyətinə müdaxilə etmir.

Milli.Az