Rusiyada bir gündə 18 mindən çox yoluxma qeydə alındı

30 Oktyabr 2020 13:34

Rusiyada koronavirusa yoluxanların sayı 1,59 milyon nəfəri keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 18 283 nəfər virusa yoluxub, 355 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 599 976 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 27 656 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 200 560 nəfər virusdan sağalıb, 371 760 nəfərin müalicəsi isə davam edir.

Milli.Az