Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

30 Oktyabr 2020 13:18

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6,5 faiz səviyyəsində saxlanılması barədə qərar verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, faiz dəhlizinin yuxarı həddi 7 faiz, aşağı həddi isə 6 faiz səviyyəsində saxlanılıb.

Mərkəzi Bank rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 18-də baxacaq.

Milli.Az