Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən "Arsenal" - "Dandolk" oyununda maraqlı statistika qeydə alınıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, qonaq komanda oyun ərzində bir dəfə də olsun qaydanı pozmayıb. Bu isə turnirin tarixində ilk belə haldır.
Qeyd edək ki, İrlandiya klubu London təmsilçisinə 0:3 hesabı ilə uduzub. "Dandolk"dan fərqli olaraq, meydan sahibləri 20 dəfə qaydanı pozub.
Milli.Az