Nazirlik tədris kurslarının fəaliyyətinə aydınlıq gətirdi

30 Oktyabr 2020 11:58

Tədris kurslarının fəaliyyəti ilə bağlı hər hansı qadağanın tətbiqi nəzərdə tutulmur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tədris kursları mövcud qaydalara riayət etməklə fəaliyyətlərini davam etdirə bilərlər.

Milli.Az