Rusiyada güclü vulkan püskürməsi olub

30 Oktyabr 2020 13:07

Rusiyanın Kamçatka yarımadasında güclü vulkan püskürməsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Karımski vulkanı püskürmə nəticəsində 6 kilometr hündürlüyədək kül sovurub.

Qeyd olunur ki, kül buludu vulkandan 24 kilometr məsafəyədək yayılıb. Hazırda vulkanın davam edən aktivliyinin aşağıdan uçan təyyarələr üçün təhlükə törədə biləcəyi deyilir.

Milli.Az