Avroliqada həftənin oyunçusu adına namizədlər

30 Oktyabr 2020 12:12

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Lüdoqorets"dən Elvis Manu, "Volfsberq"dən Mixael Lindl, PSV-dən Donyell Malen və "Srvena Zvezda"dan El-Fardu Ben-Nabuan namizədlər sırasındadır.

Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.

Milli.Az