“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

30 Oktyabr 2020 12:28

"Qalatasaray"ın daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Oktyabrın 31-də "Ankaragücü" ilə keçiriləcək Super Liqa matçı öncəsi bütün kollektivdən koronavirus testi götürüldüyü və futbolçulardan birinin testi müsbət nəticə verdiyi bildirilib.

Adı açıqlanmayan oyunçu karantinə alınıb və müalicəsinə start verilib.

Milli.Az