Ermənistan Ağdamı atəşə tutdu, bir ev dağıdıldı - FOTO

30 Oktyabr 2020 10:00

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış yerlərini və mülki obyektlərini raket atəşinə tutmaqda davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarında Ağdamın Əhmədağalı kəndində fərdi yaşayış evlərini raket atəşinə tutub. Nəticədə bir neçə ev dağılıb, şəxsi təsərrüfatlar ciddi ziyan dəyib.

Milli.Az