“Qarabağ”ın rəqibi udur, İsrail irəliləyir, Azərbaycan yerində qalır - UEFA reytinqi

30 Oktyabr 2020 10:44

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Avropa Liqasında qrup mərhələsinin II turunun 24 qarşılaşmasından sonra cədvəldə bəzi dəyişikliklər olub.

11-ci pilləyə yüksələn Şotlandiya Ukraynanı arxada qoyub. Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Təl-Əviv "Makkabi"sinin qələbəsi İsrailin irəliləməsi üçün yetərli olub.

Ötən həftə Çexiyanı keçən israillilər bu dəfə də Xorvatiyanı arxada qoyub. Bu, onlara 19-cu sıraya qalxmaq imkanı verib.

Digər ölkələrin, o cümlədən Azərbaycanın mövqeyi dəyişməyib. Yalnız bir təmsilçisi mübarizəni davam etdirən Azərbaycan 26-cı sırada qalıb. Ölkəmizin aktivində 16,625 xal var. "Qarabağ"ın Türkiyədə "Vilyarreal"a 1:3 hesabı ilə uduzması bu əmsalı dəyişməz saxlayıb.

Qeyd edək ki, 83,997 xala malik İspaniya cədvəlin ilk pilləsində qərarlaşıb. İngiltərə və İtaliya da ilk "üçlük"də yer alıb.

Milli.Az