12 yaşlı azərbaycanlı “Makkabi-2010”-un qalibi oldu

23 Aprel 2010 22:12
Həmyerlimiz həm də turnirin baş mükafatına - HP şirkətinin təqdim etdiyi noutbuka layiq görülüb. On yaşlı Abdulla Qədimbəyli 2-ci, 12 yaşlı Orxan Sərxanlı isə üçüncü yeri tutub. Beləliklə, bu il keçirilən V yubiley turnirin qalibi və mükafatcıları Azərbaycan təmsilçiləri olublar.

Turnirin mükafatçıları da şirkətin qiymətli hədiyyələri ilə təltif ediliblər.

Xatırladaq ki, beynəlxalq yarışda Azərbaycan, İsrail, Rusiya, Bosniya və Herseqovina, Gürcüstan, Hindistan, Çin və Polşanı təmsil edən 36 şahmatçı iştirak edib.

/AzərTAc/