Sarri müqaviləni ləğv etməyə razılaşdı

29 Oktyabr 2020 19:12

"Yuventus"dan 3 ay öncə ayrılan Maurisyo Sarri Turin klubu ilə davam edən müqaviləsinə xitam verməyə razılaşıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, klub sözləşməni ləğv etməyə görə 61 yaşlı mütəxəssisə 20 milyon avro ödəyəcək. Onun "Yuventus"la hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilədək hesablanır.

Çalışdırıcı komandadan Çempionlar Liqasının 1/8 finalında "Lion"a uduzmasına görə qovulmuşdu.

Qeyd edək ki, Sarri "Yuventus"dan ayrıldıqdan sonra baş məşqçi vəzifəsinə Andrea Pirlo təyin edilib.

Milli.Az