Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir - Zaxarova

29 Oktyabr 2020 17:54

Rusiya Dağlıq Qarabağ münaqişəsində gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O təəssüflə bildirib ki, münaqişə zonasında vəziyyət mürəkkəb olaraq qalmaqdadır:

"Hərbi qarşıdurma davam edir. Bu şəraitdə gərginliyin tezliklə azaldılması və danışıqlar prosesinin təkrar işə salınması məqsədilə həm ölkə olaraq, həm də ATƏT Minsk qrupunun tərkibində ciddi səylər göstəririk".

Milli.Az