"Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır"

29 Oktyabr 2020 18:30

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında Ermnistan Silahlı Qüvvələrinə vurduğu sarsıdıcı zərbələr təkcə ərazilərimizin işğaldan azad olunmasını təmin etməyib, eyni zamanda bir başa bu prosesin məntiqi nəticəsi olaraq Ermənistanda daxili siyasi situasiyanı kifayət qədər mürəkkəbləşib.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, hətta Ermənistanda növbəti inqilab, yaxud hasnsısa çevilişin olması ilə bağlı müəyyən proqnozlar vermək mümkündür:

"İş o yerə gəlib çatıb ki, Ermənitanın hərbi rəhəbəliyi arasında indiki situasiyada Paşinyandan canını qurtarmaqla bağlı müəyyən mübahisələrin gizli və açıq şəkildə getməsi ilə bağlı məlumatlar kütləvi informasiyalarda yayımlanmaqdadır. Xüsusi ilə də Paşinyanın xüsusi xidmət orqanlarında, kəşfiyatda, milli təhlükəsizlik sistemində çalışan yüksək rütbəli zabitləri işdən qovması, belə mübahisələrin daha geniş yayılmasına şərait yaradır.

Eyni zamanda Ermənistanın keçmiş rəhbərliyinin, ikinci və üçüncü prezidentlərinin və qondarma rejimin keçmiş prezidentlərin bir araya gəlib Paşinyandan sonrakı Ermənistanla bağlı müzakirə açmaları da kütləvi informasiya vasitələrində yer alıb".

E. Nəsirov qeyd edib ki, bütün bu reallıq fonunda Paşinyanın verdiyi bəyanatlar özünü təqzibdən başqa bir şey deyil:

"Bir yandan o, diplomatik danışıqların bundan sonra mümkünszülyü ilə bağlı mövqe bildirib, bundan bir qədər sonra isə Paşinyan eyni müvəfəqiyyətlə öz xalqına bildirib ki, biz ağır güzəştlərə hazır olmalıyıq. Ondan bir qədər keçdikdən sonra isə bildirib ki, artq həqiqət vaxtıdır, bütün erməni xalqı ayağa qalxmalıdır, ön cəbhəyə getməlidir. Uşaqlar, qadınlar, qocalar hamısı əlinə silah almalıdır.

Cənab Prezidentin İnterfax Agnetliyinə müsahibəsində bildirdiyi kimi, bu idiotizmdən başqa bir şey deyil. Bu acı reallıqdır, hər keçən bir gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır. Ona görə də Ermənistanda istənilən vaxtda siyasi çevriliş baş verə bilər və bu proqnozların kifayət qədər əsasları da var".

Deputat əlavə edib ki, istənilər halda Azərbaycan dövlətinin, ali-siyasi rəhbərliyinin hadisənin gedişatından asılı olmayaraq dəyişməz bir mövqeyi var:

"Mövqeyimiz ondan ibarətdir ki, Cənab Prezidentin də qeyd etdiyi kimi istənilən an biz danışıqlara başlamağa hazırıq. Ancaq indiki situasiyada söhbət ondan getməlidir ki, Ermənistan işğal altındakı Laçın, Kəlbəcər və Ağdamın bir hissəsini Azərbaycana qaytarılması ilə bağlı öhdəlik götürməli və bu istiqamətdə hüquqi müstəvidə konkret addımlar atmalıdır. Atılan addımlar da ATƏT-in Minsk qrupu çərçivəsində təstiqlənməlidir. Bu olacağı halda danışıqlardan söhbət gedə bilər, əksi olarsa, Azərbaycan Silahlı Qüvvələri həm BMT Təhlükəsizlik Şürasının həm də, ATƏT-in Minsk qrupu yerinə onların üzərinə düşən öhdəliyi həyata keçirəcək və necə ki həyata keçirir".

Milli.Az