Ermənilərin daha bir dezinformasiyası...

29 Oktyabr 2020 17:06

Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.

Milli.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub.

Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur.

Milli.Az