Bu xəstəlik koronavirusdan 10 dəfə artıq öldürücüdür- Professor AÇIQLAYIB

31 Oktyabr 2020 22:55

Hər 40 saniyədə bir nəfər insult keçirir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Türk Nevrologiya Cəmiyyətinin rəhbəri, professor Şerefnur Öztürk deyib.

Onun sözlərinə görə, insult hazırda pandemiyasını yaşadığımız Covid-19 xəstəliyindən 10 qat daha öldürücü, amma qarşısı alına bilən bir xəstəlikdir. Professor deyib ki, insult nəticəsində ölənlərin sayı bütün qəzalarda həyatını itirənlərin sayından iki dəfə çoxdur.

O, Covid-19 pandemiyasına görə, xəstəxanaya getməkdən çəkinən xəstələrin olduğuna diqqət çəkərək bildirib ki, insult keçirən, səhiyyə müəssisələrinə getməkdən çəkinən xəstələr daha ciddi fəsadlarla qarşılaşa bilər.

Milli.Az