Bu ölkədə övladına Məhəmməd adını verən mükafatlandırılacaq

30 Oktyabr 2020 03:30

Çeçenistanda yeni doğulmuş körpəsinə Məhəmməd Peyğəmbərin və onun ailə üzvlərinin adını verənlərə 100 min rubl (təxminən 2200 AZN) pul mükafatı veriləcək.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, mükafatı Çeçenistanın birinci prezidenti Axmat Kadırov adına yaradılmış fond ödəyəcək.

Bildirilib ki, mükafat oktyabrın 29-u gecə övladı doğulacaq şəxslərə şamil olunacaq. (publika.az)

Milli.Az