Abramoviç 15 aydan sonra ilk dəfə "Çelsi"nin oyununda - FOTO

29 Oktyabr 2020 17:34

"Çelsi"nin sahibi Roman Abramoviç 15 aydan sonra ilk dəfə klubunun oyununu izləyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, rusiyalı iş adamı London təmsilçisinin səfərdə Moskva "Lokomotiv"inə qarşı matçına (4:0)stadiondan baxıb. O, sonuncu dəfə 2019-cu ilin iyulunda klubunun görüşünü canlı izləmişdi.

Bundan başqa, Abramoviç Frank Lempardın rəhbərlik etdiyi "Çelsi"nin oyununa ilk dəfə stadiondan baxıb.

Qeyd edək ki, Abramoviç son üç ildə viza problemləri səbəbindən London təmsilçisinin İngiltərədəki qarşılaşmalarına gedə bilmir.

Milli.Az