Koronavirusdan ölüm riskini artıran ən təhlükəli amillər

30 Oktyabr 2020 22:31

Koronavirusdan ölüm riskini artıran və xəstəliyin gedişatını pisləşdirən ən təhlükəli amillər artıq çəki və şəkərli diabetdir.

Milli.Az xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə həkim Valeri Beznosenko məlumat verib.

"Bu xəstəlikləri olanlar maksimum risk səviyyəsindədir, ardınca isə ürək-damar xəstəlikləri gəlir. Ölüm riskini artıran digər amillər hələ yaxşı öyrənilməyib"- mütəxəssis qeyd edib.

Rusiyanın əməkdar həkimi terapevt Aleksandr Karabinenko isə əlavə edib ki, xroniki xəstəliklərə gəldikdə, burada hər şey onların mərhələsindən asılıdır. Həkim alkoqolizmdən əziyyət çəkən insanlarda CoViD-19 fonunda qaraciyər və ürək xəstəliklərinin ağırlaşa biləcəyini xatırladıb. Bu cür xəstələrdə immun müdafiə zəifdir, əlavə olaraq virus ümumilikdə daxili orqanlara mənfi təsir göstərir. (publika.az)

Milli.Az