Fransada kilsə yaxınlığında əli silahlı şəxs insanlara hücum edib, ölənlər var

29 Oktyabr 2020 14:19

Fransanın Nitsa şəhərində kilsə yaxınlığında əli silahlı şəxs vətəndaşlara hücum edib, ölənlər var.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Notr-Dam kilsəsi yaxınlığında baş verib.

Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Polis hücum edən şəxsi saxlayıb.

Hadisənin motivi bəlli deyil.  

Milli.Az