Taylandda millət vəkili kürsüdə qolunu kəsdi

30 Oktyabr 2020 07:21

Taylandda müxalifət partiyasından olan millət vəkili məclis kürsüsündə qolunu kəsib.

Milli.Az xəbər verir ki, Tayland milli məclisində Visarn Techathiravat adlı millət vəkili baş bazir Prayut Çan-oçanın ölkədəki etirazlara reaksiya verməməsinə əsəbiləşib. Millət vəkili kürsüdə danışdığı zaman pencəyini və onun cibindəki bıçağı çıxararaq damarlarını doğrayıb. O bununla  baş nazirə etirazını bildirib.

Daha sonra millət vəkili  ''Problemlərə başqa cür həll yolu tapa bilmirəm. Uşaqların qanının tökülməsini istəmədiyim üçün öz qanımı axıtdım'',- deyə bildirib.

Qeyd edək ki, Tayland kralı Maha Vajiralonqkornun bir müddətdir Almaniyada yaşaması ölkədə etrazlara səbəb olub. (ölkə.az)

Milli.Az