“Beşiktaş” Danimarkalı futbolçu alır

29 Oktyabr 2020 15:49

Türkiyənin "Beşiktaş" klubunun qış "transfer pəncərəsi"ndə heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İstanbul təmsilçisi Filip Zinkernayceli transfer etməyə qərar verib.

Bu keçid Vinsent Abubakarın israilli meneceri Pinhas Zahavinin məsləhəti ilə gerçəkləşəcək. Norveçin "Bodo Qlimt" klubunda çıxış edən 26 yaşlı cinah oyunçusu qış fasiləsində azad agent kimi transfer oluna bilər.

Qeyd edək ki, danimarkalı futbolçu bunadək "Koqe", "Sonderyuske" ve "Helsinborq"un şərəfini qoruyub.

Milli.Az