Böyük Britaniyada hər gün təqribən 100 min insan koronavirus xəstəliyinə tutulur

30 Oktyabr 2020 00:45

Böyük Britaniyada hər gün təqribən 100 min insan koronavirus xəstəliyinə tutulur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, London İmperial Kollecində aparılan araşdırmada epidemiyanın yayılmasının sürətləndiyi və virusa yoluxanların sayının hər 9 gündə iki dəfə artdığı açıqlanıb.

Tədqiqatçılar virusun yayılmasında kritik mərhələ olduğunu söyləyiblər. Ölkənin bütün hissələrində virusa yoluxmada artım müşahidə olunur.

Hökumət regional karantin strategiyasına sadiq qalaraq Notinqamşayrda yenidən gücləndirilmiş karantin rejiminin tətbiqinə başlayır. Cümə günündən etibarən yeni qaydaların tətbiq olacağı Notinqamşayrda idman zalları, üzgüçülük mərkəzləri və bəzi ictimai yerlərin fəaliyyəti dayandırılacaq.

Milli.Az