Tətilə gedən azyaşlının qolunu köpək balığı yedi - FOTO

29 Oktyabr 2020 10:09

Anası ilə birlikdə istirahətə gedən 12 yaşlı oğlanın qolu qopub.

Milli.Az nypost-a istinadla xəbər verir ki, dincəlmək üçün valideyni ilə Misirə, Şarm-əl Şeyxə yollanan azyaşlı köpək balığının hücumuna məruz qalıb.

Köpək balığı "Red Sea Resort"da dincələn uşağın qolunu və onun bələdçisinin ayağını qopardıb, yeyib.

Al-Ahram informasiya agentliyinin məlumatına görə köpək balığı başqa iki nəfərə də hücum edib.

CNN yazır ki, hadisədən sonra azyaşlı dərhal "Sharm International Hospital"a çatdırılıb, onlara yardım göstərilib.

Qeyd edək ki, xəsarət alan uşaq ukraynalıdır.

İsmayıl
Milli.Az