Təcili: Ermənistan ordusunda qiyam baş verib

29 Oktyabr 2020 09:39

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun alaylarından birində qiyam baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qiyam baş verən korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşdirilib.

Alaydakı muzdlular Dağlıq Qarabağdakı döyüş bölgəsinə yenidən yerləşdirmə əmrinə tabe olmaqdan kütləvi şəkildə imtina ediblər.

Milli.Az