Qazaxıstanda koronavirusa daha 268 nəfər yoluxub

29 Oktyabr 2020 09:29

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 268 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 110 832 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 106 059 nəfəri sağalıb, 1 825 nəfəri isə vəfat edib.

Milli.Az