Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

29 Oktyabr 2020 09:19

Çində son sutka ərzində daha 47 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. 

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların sayı 85 915-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 80 943 xəstə sağalıb. Ölkədə 338 aktiv koronavirus xəstəsi var ki, onlardan da 7-nin vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az