Messi Ronaldoya yaxınlaşdı

29 Oktyabr 2020 09:14

Çempionlar Liqasının (ÇL) qrup mərhələsində "Yuventus"un qonağı olan "Barselona" 14-cü dəqiqədə Usman Dembelenin vurduğu yeganə qolla 1:0 hesabı ilə öndədir.
 
Milli.Az apasport.az-a istinadla bildirir ki, həmin topun məhsuldar ötürməsini verən Kataloniya klubunun kapitanı Lionel Messi ÇL tarixində 35-ci assistini edib.
 
Argentinalı superulduz bu göstəriciyə görə geri qaldığı "Yuventus"un hücumçusu Kriştianu Ronaldoya yaxınlaşıb. Portuqaliyalı forvardın aktivində 38 məhsuldar ötürmə var.
 
Qeyd edək ki, Messi qrup mərhələsinin ilk turunda "Ferensvaroş"la görüşdə (5:1) 1 qol, 1 assistlə yadda qalmışdı.

Milli.Az