Serbiya parlamenti ölkənin yeni hökumətini təsdiqlədi

29 Oktyabr 2020 09:09

Serbiyanın parlamentinin deputatları səs çoxluğu ilə respublikanın yeni hökumətini təsdiqlədilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Serbiya parlamentinin növbəti iclasında 232 deputat iştirak edirdi. Onlardan 227-si daha əvvəl Serbiya Baş naziri Ana Brnabiçin təklif etdiyi namizədləri dəstəkləyiblər, 5-i millət vəkili əleyhinə səs verib.

Bundan sonra nazirlər kabinetinin yeni üzvləri and içiblər. Serbiya hökumətinə hazırkı Baş nazir Ana Brnabiç rəhbər seçilib.

Milli.Az