Bundesliqa matçları azarkeşsiz keçiriləcək

29 Oktyabr 2020 08:28

Noyabr ayından etibarən Almaniya Bundesliqasının oyunları azarkeşsiz keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb. Bildirilib ki, yerli hökumət koronavirusa yoluxma sayının kəskin artması səbəbindən karantin rejiminin sərtləşdirilməsinə qərar verib. Buna görə də Bundesliqa da  daxil olmaqla, bütün peşəkar yarışlar azarkeşsiz keçiriləcək. Bu tədbir hökumət yeni bir qərar verənə qədər tətbiq ediləcək.

Qeyd edək ki, Bundesliqada mövsümün təxirə salınması müzakirə edilmir.

Milli.Az