Fergüson Nurməhəmmədovun UFC-nin reytinqində birinci pillədə olmasını doğru hesab etmir

29 Oktyabr 2020 08:33

UFC-də çıxış edən amerikalı döyüşçü Toni Fergüson çəkisindən asılı olmayaraq, təşkilatın cədvəlində birinci pillənin Həbib Nurməhəmmədova məxsus olması ilə razılaşmadığını qeyd edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, UFC-nin orta ağır çəkidə keçmiş eks-çempionu Con Cons da qurumun bu qərarı ilə razılaşmadığını bildirib.

"Con Cons - titul ona məxsusudur", - T. Fergüson öz "Twitter" səhifəsində yazıb.

Milli.Az