Türkiyədə koronavirusdan sağalanların sayı 319 mini keçib

28 Oktyabr 2020 22:53

Türkiyədə son 24 saat ərzində daha 77 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 027 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 305 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 368 513 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 662 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 319 181 nəfər təşkil edir.

Milli.Az