Ermənistanın Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır - Xəstəxana direktoru

28 Oktyabr 2020 19:59

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət alıb. Bizim xəstəxanaya 26 yaralı daxil olub. Bunların 19-u kişi, 7-si qadındır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Yevlax Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov deyib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən xəstələrin bir çoxunun vəziyyəti ağırdır: "Onlar reanimasiyadadırlar. Sizin gördükləriniz sadəcə danışa bilən, yüngül xəsarətlər alan şəxslərdir".

Xəstəxana direktoru əlavə edib ki, erməni quldurları birinci dəfə deyil ki, Azərbaycanın mülki əhalisini hədəfə alır: "Bu hadisə ermənilərin azərbaycanlılara qarşı növbəti təcavüzünün bariz nümunəsidir".

Milli.Az