Bərdənin raket atəşinə tutulması bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi

28 Oktyabr 2020 17:13

Azərbaycanın yaşayış məntəqələrinin, o cümlədən Bərdənin raketlərlə atəşə tutulması bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanın cəzasızlığı onu daha da cəsarətləndirir və həyasızlaşdırır:

"Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur, bu isə cəzasız qalmamalıdır".

Milli.Az