Bərdədə 30-a yaxın obyekt dağıdılıb - FOTOlar

28 Oktyabr 2020 16:26

Məlum olduğu kimi, Ermənistan növbəti dəfə Bərdədə mülki şəxslərə qarşı raket hücumu həyata keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 30-a yaxın mülki obyektə ziyan dəyib.

Ərazidə olan 20-ə yaxın avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, hadisə zamanı 20 mülki şəxs həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

Milli.Az