Ermənistan Bərdəyə hücumla beynəlxalq humanitar hüququ kobudcasına pozur - Qazaxıstan səfiri

28 Oktyabr 2020 15:00

Dinc sakinlərin həlak olması ilə nəticələnən Azərbaycanın Bərdə rayonunun raket atəşinə məruz qalması xəbərini böyük narahatçılıq və üzüntü hissi ilə qəbul etdim.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bərdənin atəşə tutulması ilə əlaqədar şərhində deyib.

Diplomat qeyd edib: "Bu cür addımlar beynəlxalq humanitar hüququ və mövcud olan atəşkəs razılaşmaları kobudcasına pozur".

Milli.Az