Rusiyada deputat koronavirusdan öldü - FOTO

28 Oktyabr 2020 17:27

Moskvanın Basmannıy rayonu Deputatlar Şurasının üzvü 62 yaşlı Yuri Arxipov koronavirusa yoluxduqdan sonra vəfat edib.

Milli.Az bildirir ki, bu barədə "Moslenta" xəbər verib.

Məlumata görə, Arxipovun həyat yoldaşı da xəstəxanaya yerləşdirilib. Hazırda o reanimasiyadadır.

Ümumiyyətlə son bir gündə Moskvada koronavirusdan 75 nəfər vəfat edib. Bu, iyunun 1-dən (71 nəfər) bəri Rusiya paytaxtında ən yüksək göstəricidir. /medicina.az

Milli.Az