Bərdədə həlak olanlar torpağa tapşırıldılar - FOTO

28 Oktyabr 2020 13:51

Məlum olduğu kimi, ötən gün Ermənistan silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc əhaliyə qarşı növbəti cinayəti Bərdədə törədib. 

Hadisə nəticəsində həlak olan 4 nəfər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı bu gün torpağa tapşırılıb. 

Milli.Az qafqazinfo-ya istinadən Ehtiram İsmayılov, Ofeliya Cəfərova və Aybəniz Əhmədovanın dəfnindən fotoları təqdim edir:

Milli.Az