Polis əhaliyə müraciət edib: Ehtiyatı əldən verməməli...

28 Oktyabr 2020 12:20

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Müraciətdə deyilir: "Ermənistan terrorçu dövlətdir. Düşmən ölkənin böyük şəhərlərimizdə, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsi istisna deyil. Odur ki, ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq".

Milli.Az