Türkiyəli aktyor vəfat etdi

28 Oktyabr 2020 14:24

Türkiyəli məşhur teatr aktyoru Hikmet Karagöz dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, ''Bizimkilər'' serialında canlandırdığı Abbas obrazı ilə yaddaşlara həkk olunan aktyor Hikmet Karagöz 74 yaşında vəfat edib.

Onun ölüm xəbərini qızı Zeyneb Karagöz sosial media hesabında paylaşım edərək təsdiqləyib. Belə ki, sənət dostları da sosial mediada paylaşım edərək aktyorla bağlı xatirələrini bölüşüblər. (ölkə.az)

Milli.Az